Prezident Mollakənd yolunun açılışında iştirak edib

0
53
Mollakənd yolu Azərbaycan prezidenti İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verib ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün isə əlavə 4 milyon manat vəsait ayrılıb.

İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident  İlham Əliyev burada sakinlərlə görüşüb. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.Mollakənd1