Zərdabın Məmmədqasımlı kəndində ev davası-Cinayət işi

0
84
                                         Q Ə T N А M Ə
                                  АZƏRBАYCАN RЕSPUBLIKАSI АDINDАN
 07 sentyabr  2011-cu il                 № 2(106)744/2011            Şirvаn şəhəri

 

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kоllegiyası hakimlər: Cаmаlоv Еtibаr Əli оğlu (sədrlik edən və məruzəçi), Zeynalov Zeynal Ağabala оğlu və Süleymanov Saleh Ocaqverdi оğlundan ibarət tərkibdə, məhkəmə iclаs kаtibi Məmmədova Günel Zabil qızının, iddiaçı Həmidova Zərqələm Yaqub qızı və nümayəndəsi Bayramov Rahim Sirac oğlunun, cavabdeh Fətullayev Fətulla Həmdulla oğlu, onun və cavabdeh Fətullayeva Qızqayıt Mürşüd qızının nümayəndəsi Mahmudov Adil Məhəmməd oğlunun iştirakı ilə, Zərdab rayon məhkəməsinin 2(036)-119/2011 №li 31 may  2011-ci il tarixli Qətnaməsindən iddiaçı Həmidova Zərqələm Yaqub qızının nümayəndəsi Bayramov Rahim Sirac oğlunun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baхaraq,

                                                        MÜƏYYƏN   ETDI:

Zərdab rayon məhkəməsinin 2(036)-119/2011 №li 31 may  2011-ci il tarixli Qətnaməsi ilə iddiaçı Həmidova Zərqələm Yaqub qızının  cavabdehlər Fətullayev Fətulla Həmdulla oğlu və Fətullayeva Qızqayıt Mürşüd qızına qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.

İŞİN HALLARI:

Həmidova Zərqələm Yaqub qızı məhkəmədə iddia qaldıraraq mərhum qaynanası Həmidova Çərkəz Nəsib qızının adına olan 1968-ci ildə tikilmiş, Zərdab rayon Məmmədqasımlı kəndində yerləşən ikimərtəbəli evdə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını və dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılmasını xahiş etmişdir.

Həmidova Zərqələm Yaqub qızı iddiasını оnunla əsaslandırmışdır ki,  Həmidov Ayaz Həmdulla oğlu ilə  05 may 1979-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və həmin vaxtdan da qaynanası Çərkəz Həmidovanın Məmmədqasımlı kəndində yerləşən evinə köçmüş, cehiz əşyalarını həmin evə yığmış, qaynanası və orada yaşayan digər şəxslərlə birgə yamışdır. Birgə nikahdan uşaqları olmamışdır. Sonradan əri Rusiya Federasiyasına getmiş və hazırda da orada yaşayır. O,qaynansının yanında qalmış və ona qulluq  etmişdir. Qaynansı 2003-cü ildə vəfat etmiş, onun vəfat etməsinə qədər evdə yaşamasına heç bir problem olmamışdır. Qaynanası vəfat etdikdən sonra qaynı və qaynı arvadı olan cavabdehlər onu incitməyə başlamış, onu evdən çıxartmaq istəmişlər. 2009-cu ilin iyul ayında cavabdehlər onu zorla evdən çıxartmışlar.  Evə qayıtması üçün  çalışsada, bu barədə cavabdehlərdən xahiş olunsa da, cavabdehlər onu evə buraxmamışlar. 1979-cu ildən 2009-cu ilin iyul ayına qədər mübahisəli evdə yaşamış, hazırda da əmlakları həmin evdədir. 1979-cu ildən nübahisəli evdə ailə üzvü kimi yaşamış və həmin evdən istifadə hüququ əldə etmişdir. Onun bu hüququ cavabdehlər tərəfindən pozulduğundan hesab edir ki, hüququ məhkəmə qaydasında bərpa olunmalıdır.

Birinci instansiya məhkəməsi kimi işə baxan  Zərdab rayon məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qaydada həll etmişdir.

APELLYASİYA  ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

  Qətnamədən  iş üzrə iddiaçı Həmidova Zərqələm Yaqub qızının nümayəndəsi Bayramov Rahim Sirac oğlu apellyasiya şikayəti verərək Zərdab rayon məhkəməsinin 2(036)-119/2011 №li 31 may  2011-ci il tarixli Qətnaməsinin  ləğv edilməsi, fərdi yaşayış evində istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasının təmin olunmasını və dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılmasını xahiş etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab rayon məhkəməsinin qətnaməsi əsassız, qanusuz  çıxarılmış­dır. Belə ki, məhkəmə maddi və prosessual hüquq nomalarını pozmuş, düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış. qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməmişdir. İddia ərizəsini dəfələrlə məhkəməyə göndərmiş, lakin iddia ərizəsi əsassız olaraq geri qaytarılmış və iddiasına baxılmamışdır.

PRОSЕS İŞTİRАKÇILАRININ İZAHATLARI:

Məhkəmə kollegiyasının iclasında iddiaçı Həmidova Zərqələm Yaqub qızının nümayəndəsi Bayramov Rahim Sirac oğlu apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izhat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı 1979-cu ildə cavabdehin qardaşı Ayazla evlənmiş və həmin vaxtdan mübahisəli evə cehiz əmlaklarını aparmaqla gəlin köçmüş оrаdа аilə üzvü kimi qəbul оlunmuş, еvin bir оtаğı оnlаr üçün аyrılmışdır. Əri və оnun vаlidеynləri ilə birlikdə həmin еvdə yаşаyаrаq birgə təsərrüfаt аpаrmışlar. Gəlin köçərkən iddiaçı qаrşısındа həmin еvdə yаşаmаsı, yardımçı tikililərdən və həyətyanı torpaq sahəsindən istifаdə еtməsi ilə bаğlı hər hаnsı bir qеyd-şərt qоyulmаmış, оnun еvdə yаşаmаsı hər hаnsı bir müddətlə məhdudlаşdırılmаmışdır. İddiaçı mübаhisəli еvə gəlin köçərkən özünə аid оlаn bütün cеhiz və digər şəхsi əşyаlаrını dа həmin еvə аpаrmışdır. Hаl-hаzırdа dа iddiaçının cеhiz və digər əşyaları həmin еvdə аyrı bir оtаqdаdır. Оnlаrın birgə nikаhdаn uşаqlаrı оlmаmışdır. Аilə münаsibətlərinin pоzulmаsınа səbəb də bu оlmuşdur.  Evin sahibi olan qaynanası Çərkəz Nəsibova 2003-cü ildə vəfat etmiş və bundan sonra cavabdehlər iddiaçının evdə yaşamasına maneələr yaratmış və nəhayət onu evdən zorla  çıxrtmışlar.  Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və qanunsuz qətnamə çıxartmışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 2003-cü il tarixdə həmin evə gəlib bir müddət yaşamışdır. Bu hal şahidlərin və cavabdehlərin izahatları ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki mülki işdə cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir.Ona görə də məhkəmə iddia müddətini tətbiq etməkdə səhvə yol vermiş və qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bundan başqa iddiaçının həmin fərdi yaşayış evində istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyil, Z.Həmidovanın bütün əmlakı isə qeyd olunan mübahisəli evdə yerləşir. Birinici instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evdə yaşayaraq ailə üzvü kimi qəbul edilsə də ailənin digər üzvləri ilə, o cümlədən mübahisəli evin sahibi ilə ümumi təsərrüfat aparılsa da mübahisəli evi 6 aydan artıq müddətə tərk etmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinə olan icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi  məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Bundan belə nəticəyə gəlmək olar ki, yaşayış sahəsindən istifadə hüququna buna hüququ olan şəxslərin başqa yaşayış sahəsinə köçməsi nəticəsində xitam verilə bilər, lakin şəxsin yaşayış sahəsini altı ay və ya daha uzun müddətə müvəqqəti tərk etməsi onun bu hüquqdan məhrum edilməsinə səbəb olmur. Birinci instasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını nəzərə almamış və bunun nəticəsində də səhvə yol vermiş, iddiaçının mübahisəli mənzili daimi başqa yerdə yaşamaq niyyəti ilə tərk etməsini təsdiq edən sübutlar olmadığını, əksinə iddiaçıya məxsus əşyaların hazırda mübahisəli yaşayış sahəsində olduğunu nəzərə almamış və nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.  Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçı Həmidova Zərqələm Yaqub qızının cavabdehlər Fətullayev Fətulla Həmdulla oğluna və Fətullayeva Qızqayıt Mürşüd qızına qarşı fərdi yaşayış evində istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi və dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş edir.

Məhkəmə kollegiyasının iclasında iddiaçı Həmidova Zərqələm Yaqub qızı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara və nümayəndəsi Bayramov Rahim Sirac oğlunun izahatına uyğun izhat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh Fətullanın qardaşı  Ayazla 1979-cu ildə evlənmiş, lakin uşaqları olmadığında 1986-cı ildə qarşılıqlı razılaşma əsasında nkahları pozulmuşdur. Uşaq olmadığına görə ərinə yenidən evlənmək üçün şərait yaratmışdır. Nikah pozulduqdan sonra da  həmin evdə evin sahibi mərhum qaynanasının razılığı ilə yaşamış, qaynanası Çərkəz Həmidova vəfat edənə qədər ona qulluq etmişdir. 2003-cü ildə  qaynanası vəfat etmiş və bundan sonra cavabdehlər onun evdə yaşamasına problemlər yaratmağa başlamış və 2009-cu ilin iyul ayında onu zorla evdən çıxartmışlar. Əşyaları hazırda da evin ikinci mərtəbəsindəki böyük otaqdadır.

Məhkəmə kollegiyasının iclasında cavabdeh Fətullayev Fətulla Həmdulla oğlu apellyasiya şikayətini qəbul etməmiş və göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının apellyasiya şikayətində konkret olaraq  işə baxılarkən hansı qanunun tələblərinin pozulması göstərilməmişdir.  İşə əlavə olumuş Zərdab rayon Qeydiyyat Şöbəsinin 05 may 2011-ci il tarixli Arayışından və 17 may 2011-ci il tarixli AZ-№119549 saylı nigahın pozulması haqqında şəhadətnamədən göründüyü kimi, Həmidova Zərqələm Yaqub qızı ilə Həmidov Ayaz Həmdulla oğlu arasında 05 may 1979-cu ildə bağlanmış nikah 27 iyun 1986-cı ildə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Mühasiəli ev 1974-cü ildə tikilmiş və həmin vaxtlarda respublika ərazisində ikimərtəbəli evlərin tikilməsinə icazə verilməmişdir. Qeyd olunan mübahisəli yaşayış sahəsi iki mərtəbəli deyil, xalq arasında kürsülü adlanan tipdə inşa edilmişdir.Yaşayış sahəsinin alt mərtəbəsi zirzəmidir və yaşayış üçün yararlı deyildir.Yaşayış üçün yararlı sahə cəmisi iki otaqdan ibarətdir və həmin otaqların birində cavabdehlər, digərində isə onların qızı Vüsalə Məmmədova yaşayır. İşə əlavə edilmiş sənədlərdən və həmçinin şahidlərin ərizələrindən göründüyü kimi iddiaçı 1994-cü ildən etbarən həmin evdə yaşamamışdır. Bundan başqa iddiaçının keçmiş əri A.Həmidov 1986-cı ildən etibarən daimi yaşamaq və işləmək üçün Ukrayna Respublikasına getmiş və həmin vaxtdan bu günə kimi qeyd edilən mübahisəli evdə yaşamamışdır. Bu da onun həmin yaşayış sahəsində yaşamaq hüququnun itirilməsinə səbəb olmuşdur. Bundan əlavə iddiaçı 1986-cı il tarixdə həmin evdən gedərkən cehiz əmlaklarını ona təhvil vermiş və bu barədə Məmmədqasımlı kənd sovetliyində müvafiq akt tərtib edilmişdir. İddiaçı Z.Y.Həmidovanın mübahisəli evdə yaşamaq istəməsi ilə cehiz əmlakını təhvil vermə arasında müəyyən təzad yaranır ki, bu onun yaşayış sahəsində yaşamaq istəyinin olmamasına dəlalət edir. Göründüyü kimi iddiaçı Həmidova Zərqələm Yaqub qızının mübahisəli evə pasport qeydiyyatına alınması üçün heç bir qanuni əsas mövcud  deyildir Eləcə də  iddiaçı mənzil hüquqlarının bərpası üçün qanunvericilkdə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmiş və bununla da iddia müddətini ötürmüşdür. Ona görə də Zərdab rayon Məhkəməsinin 31 may 2011-ci il tarixli qətnaməsini qüvvədə saxlanmasını xahiş edir.

Məhkəmə kollegiyasının iclasında cavabdehlər Fətullayev Fətulla Həmdulla oğlu və  Fətullayeva Qızqayıt Mürşüd qızının nümayəndəsi Mahmudov Adil Məhəmməd oğlu apellyasiya şikayətini qəbul etməmiş və cavabdeh Fətullayev Fətulla Həmdulla oğlunun izahatına uyğun izahat vermişdir.

Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Fətullayeva Qızqayıt Mürşüd qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

HÜQUQİ    MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının MPM-nin 372.1-ci mаddəsinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır.

Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Azərbaycan Respublikasının MPM-nin 372.7-ci mаddəsinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Məhkəmə kоllеgiyаsı məruzəçi-hа­ki­min məruzəsini, tərəflərin izаhаtlаrını dinləyib, sübutlаrı tаm, hərtərəfli və оbyеktiv аrаşdırıb, işin fаktiki hаllаrınа qiymət vеrərək hеsаb еdir ki, аşаğıdа göstərilənlərə əsаsən аpеllyаsiyа şikаyəti təmin еdilməli, qətnamə qəbul edilərkən maddi hüquq norması düzgün tətbiq edilmədiyindən və birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşlıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən  apellyasiya şikayəti təmin olunmalı, birinci instаnsiyа məhkəməsinin qətnаməsi ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

Belə ki, birinci instansiya məhkəməsinin   qətnaməsindən müəyyən edilri ki, məhkəmə iddiaçı ilə Ayaz Həmidov arasında bağlanmış nikah qeydinin 27 iyun 1986-cı ildə pozulmasına və bununla da tərəflərin birgə yaşayışına xitam verilməsinə, bundan sonra tərəflər arasında yaşayış evinə görə mübahisə yaranmasına, idddiaçının mübahisə predmeti olan evi tərk edərək atasına, bacısına məxsus evlərdə yaşamasına, lakin mənzil hüquqlarının bərpası üçün müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək üzürlü səbəb olmadam iddia müddətini ötürməsinə. həmçinin mübahisə predmeti olan yaşayış evinin cavabdehlərdən heç birinin adına qeydə alınmamasına  görə iddianı əsasız hesab edib, pədd olunmasına  dair yekun nəticəyə gəlmiş və  bu nəticəsinin hüquqi əsası kimi 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 73 və hazırda qüvvədə olan mülki Məcəllənin 375.2-ci maddələrinə istinad etmişdir.

Məhkəmə kollegiyası  mülki iş üzrə birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı saymır.

Belə ki,  iş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsinin 25.12.2009-cu il tarixli Çıxarışından görünür ki,  Həmidov Ayaz Həmdulla oğlu ilə Müzəffərova Zərqələm Yaqub qızı  arasında nikah 05.05.1979-cu il tarixdə bağlanmışdır.

İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsinin 05.05.2011-ci il tarixli Çıxarışından görünür ki,  Həmidov Ayaz Həmdulla oğlu ilə  Həmidova Zərqələm Yaqub qızı  arasında bağlanmış nikah 27.06.1986-cı ildə pozulmuşdir.

İş materiallarında olan Zərdab rayon İH-i Başçısının Məmmədqasımlı kənd nümayəndəliyinin 10 №-li 01.02.2010-cu il tarixli Arayışından görünür ki, Fətullayev Fətulla Həmdulla oğlu və  Fətullayeva Qızqayıt Mürşüd qızı  hal-hazırda Məmmədqasımlı kəndində Həmidova Çərkəz Nəsib qızının adına olan evdə yaşayır. 2003-cü ildə Çərkəz Həmidova vəfat etdikdən sonra həmin  ev  əvvəllər də onunla birgə yaşayan oğlu Fətullanın istifadəsindədir. Ev 1968-ci ildə tikilmişdir, birinci mərtəbəsi yaşayış üçün yararsızdır, 2-ci mərtəbədə 2 əsas, bir yardımçı otaq vardır. Həmidova Zərqələm Yaqub qızının cehizləri əsas otaqlardan birindədir, otağın sahəsi 24 kv.metrdir, dgər otaqların sahələri 18 və 12 kv.metrdir.

İş materilallarında olan Zərdab rayon Dövlət Arxivinin 02 №-li 19.04.2011-ci il tarixli Məktubundan görünür ki, Məmmədqasımlı kənd Sovetinin 1986-1990-cı illərə aid “Təsərrüfatbaşına kitabında” Həmidova Çərkəz Nəsib qızının 1974-cü ildə çiy kərpicdən tikilmiş 68 kv.metrdən ibarət olan yaşayış evi qeydə alınmışdır. Evin tikilməsinə sərancam və ya qərar verilməmişdir.

Yuxarıda qeyd olunan məktuba əlavə olunmuş və Zərdab rayon Arxiv idarəsi tərəfindən təsdiq olunmuş Məmmədqasımlı kəndi üzrə Təsərrüfatbaşına kitabdan  çıxarışdan müəyyən edilir ki, Həmidova Çərkəz Nəsib qızının ailə üzvüləri gəlini Həmidova Zərqələm Yaqub qızı və oğlu Həmidov Ayaz Həmdulla oğlundan ibarətdir və təsərrüfatında 68 kv.metr yaşayış sahəsin olan yaşayış evi vardır.

İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar ərazi İdarəsinin 27/231  №-li-li 21.04.2011-ci il tarixli Məktubundan görünür ki, Zərdab rayon sakini Həmidova Çərkəz Nəsib qızının adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydə alınmasına dair məlumat yoxdur.

İş materiallarında olan Zərdab rayon İH-i Başçısının Məmmədqasımlı kənd nümayəndəliyinin 21 №-li 25.05.2011-ci il tarixli Arayışından görünür ki,  Müzəffərova Zərqələm Yaqub qızı 1986-cı ildə həyat yoldaşı Ayaz Həmidovdan VVADQ şöbəsinin 27 iyun 1986-cı il tarixli 15 №-li aktı ilə boşanmışdır. Həmin vaxtdan sonra Ayaz Həmidov Rusiya Federasiyasına köçmüş, orada ailə quraraq bu günə qədər öz ailəsi ilə yaşayır. Zərqələm Müzəffərova bir müddət həmin evdə yaşayıb atası evinə köçmüşdür. Onun keçmiş qaynanası Çərkəz Həmidova 2003-cü ildə vəfat etmiş, həmin ərəfədə Z.Müzəffərova bir müddət əvvəlki yaşayış yerinə qayıtmış, orada yaşamışdır. Hazırda o,  tənha yaşayan bacısı Mədinə ilə birlikdə yaşayır. Zərqələm Müzəffərovanın cehizləri hələdə ər evindədir.

Birinci instansiya məhkəməsində şahid Müzəffərova Gülmara Yaqub qızı göstərmişdir ki, Zərqələm bacısıdır, Zərqələm 2009-cu ilə qədər ər evində yaşamışdır. Sonuncu dəfə qaynı Fətulla və onun arvadı Qızqayıt tərəfindən döyülüb evdən qovalanmışdır. Bu barədə  şikayət etməmişlər. Lakin kənd icra nümayəndiliyinin Zərqələmin 2009-cu ilədək orada yaşaması və döyülüb qovulması barədə məlumatı olmuşdur.

Birinci instansiya məhkməsində şahid Salıyev Məmmədrahim Ömər oğlu şahid Müzəffərova Gülmara Yaqub qızının ifadəsinə uyğun ifadə vermişdir.

Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Zərqələm Həmidovanın 05.05.1979-cu il tarixdə Həmidov Ayaz Həmdulla oğlu ilə rəsmi nikah münasibətinə daxil olaraq ailə qurması, həmin tarixdən  əri A.Həmidovun anası Çərkəz Həmidovanın 1968-ci ildə tkilmiş Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən yaşayış evinə gəlin köçməsi, gəlin köçərkən özünə məxsus əmlaklarını da həmin evə gətirərək, orada yerləşdirməsi, həmin əmlakların hal-hazırda da orada olması, mübahisəli yaşayış evinə evin faktiki sahibi və istifadəçisi olan qaynansı və orada yaşayan digər ailə üzvülərinin razılığı ilə köçərək onlarla birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşaması  sübuta yetirilir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd ounan faktki hallardan tərəflərin qarşlıqlı münasiibətlərinə dair səhv nəticəyə gəlmiş, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququ əldə etməsini, təsərrüfatbaşına kitabda onun mübahisəli yaşayış evinin sahibinin ailə üzvü kimi qeyd olunmasını, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququnun iitirilməsinin məhkəmə qaydasında mübahisələndirilməməsini nəzərə almamış və mübahisəli yaşayış evinə dair tərəflər arasında olan  hüququ münasibətlərinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan mübahisəli yaşayış evinə dair   münasibətlərinin  01 sentyabr 2000-ci il tarixdən əvvəl yrandığından, həmin münasubətlər 01 sentyabr 2000-ci il tarixdədək qüvvədə olam Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Məhkəmə kollegiyası  hesab edir ki,  birinci instansiya məhkəməsinin mübahisəli yaşayış evinə dair cavabdehlərin hər hansı birinin mülkiyyət hüququnun qeydə alnmamasının iddianın rədd ediməsi üçün əsas  kimi istinad etməsini əsaslı saymaq olmaz.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına, qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Qərarında Konstitutsiya Məhkəməsi Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər.

Məhkəmə kollegiyası  yuxarıda qeyd olunanlara görə hesab edir ki, tərəflər arsında  Zərdab rayon Məmmədqasımlı kəndində yerləşən yaşayış evinə dair münasiibətlər 01.09.2000-ci il tarixdədək yarandığından, hazırkı mübahisə qanunun anologiyası qaydasında, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin fərdi yaşayış mənzil fondunu tənzimləyən  123-cü maddəsi tətbiq olumaqla həll olunmalıdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin  123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Həmin Məcəllənin 53-cü mаddəsinin 1,2 və 3-cü abzaslarına  əsаsən icаrədаr ilə birliikdə yаşаyаn аilə üzvləri оnunlа bərаbər yаşаyış sаhəsinin icаrə müqаviləsindən irəli gələn bütün hüquqlаrа mаlikdirlər və bütün vəzifələri yеriinə yеtirməlidiirlər. Icаrədаrın аilə üzvləri icаrədаrın аrvаdı (əri), оnlаrın uşаqlаrı və vаlidеynləri hеsаb оlunur. Icаrədаr ilə birlikdə yаşаyıb оnunlа ümumi təsərrüfаt аpаrаn şəхslər də icаrədаrın аilə üzvləri hеsаb еdilə bilərlər. Bu mаddənin üçüncü hissəsində göstərilən vətəndаşlаr icаrədаrın аilə üzvləri sırаsındаn çıхıb оnun yаşаyış sаhəsində yаşаmаqdа dаvаm еtdikdə, icаrədаrın və оnun аilə üzvlərinin еyni hüquq və vəzifələrinə оnlаr dа mаlik оlurlаr.

Həmin Məcəllənin 54-cü mаddəsinə əsаsən icаrədаr özü ilə birlikdə yаşаyаn аilə üzvlərinin rаzılığı ilə öz аrvаdını (ərini), uşаqlаrını, vаlidеynlərini, hаbеlə bаşqа şəхsləri yаşаdığı sаhəyə müəyyən еdilmiş qаydаdа köçürmək iхtiyаrınа mаlikdir. Həddi-büluğа çаtmаmış uşаqlаrın öz vаlidеynlərinin yаnınа köçürülməsi üçün аilə üzvlərinin rаzılığı tələb еdilmir. Icаrədаr və оnunlа yаşаyаn аilə üzvləri аrаsındа bаşqа sаziş оlmаmışsа, bu mаddəyə uyğun оlаrаq yаşаyış sаhəsinə köçmüş şəхslər həmin yаşаyış sаhəsindən burаdа yаşаyаn digər şəхslərlə bərаbər surətdə istifаdə еtmək hüquq əldə еdirlər.

Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçı 1979-ci ildən mübahisəli yaşayış evinə evin faktiki sahibi və istifadəçisi olan  qaynanası və orada yaşayan digər ailə üzvülərinin razılığı ilə gəlin köçərək orada yaşayanlarla birgə təsərrüfat aparmaqla ailə üzvü kimi 2009-cu ilə qədər yaşadığından, o, yaşayış evinin faktiki sahibi olan mərhum qaynanası Çərkəz Həmidovanın ailə üzvü hesab olunur və ona görə də  həmin evdən digər ailə üzvüləri ilə bərabər istifadə etmək hüququ əldə etmişdir.

Məhkəmə kollegiyası cavabdehlərin iddiaçının daimi yaşamaq üçün başqa yaşayış yerinə getməsi və bu əsaslarla da yaşayış evinə olan istifadə hüququna  getdiyi gündən xitam verilməsi barədə dəlillərini aşağıda qeyd olunanlara görə əsassız hesab edir.

Belə ki, iş materiallarından və tərəflərin izhatlarından göründüyü kimi, iddiaçının cehiz əmlakları hazırda da mübahiəsli yaşayış evinədə qalmışdır ki, bu fakt da onun mübahisəli yaşayş evində yaşamaq niyyətinin olmasına dəlalət edən hallardır.

Digər tərəfdən cavabdehlər iddiaçının daimi yaşayış yerinin olmasını təsdiq edən hər hansı bir mötəbər sübuta, yəni iddiaçının icarə, mülkiyyət və b. hüquqularla yaşayış sahəsinə malik olmasını təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, habelə iş materillarında olan təsərrüfatbaşına kitabdan çıxarışla iddiaçının mübahisəli yaşayış evinin sahibi olan qaynansının ailə üzvü kimi qeyd olunması ilə də onların bu barədə dəlilləri təkzib olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində və Azərbaycan Respublikasının  digər qanuve5ricilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvülərinin müvəqqəti, o cümlədən altı aya və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsiunə olan hüquqlarından məhrum etmir.

Азярбайъан Республикасы  Мянзил Мяъяллясинин 87-ъи  маддясиня мцвафиг олараг  иъарядар вя онун аиля цзвляри даими йашамаг цчцн башга йашайыш мянтягясиня эетдикдя вя йа щямин йашайыш мянтягясиндя диэяр йашайыш сащясиня кючдцкдя, йашайыш сащясини иъаря мцгавиляси онларын эетдийи вя йа кючдцйц эцндян позулмуш щесаб едилир.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli yaşayış evinə evin faktiki sahibi olan qaynansının və digər ailə üzvülərinin razılı ilə heç bir qeyd şərt göstəriləmədən köçərərk orada onlaral birgə təsərrüfat aparmaqla yaşayaraq mübahisəli yaşayış evindən istifadə hüququ əldə etdiyindən, onun həmin evdən istifadə hüququna məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 43 və Insаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrının Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın 8-ci mаddəsinin tələblərinə ziddir.

«Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «Insаn hüquqlаrı və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və Insаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin prеsеdеntlərinin tətbiqi hаqqındа Аzərbаycаn Rеspublikаsının Аli Məhkəməsinin Plеnumunun 30 mаrt 2006-cı il tаriхli Qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «Insаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci ilin аprеl аyının 15-dən Kоnvеnsiyа və оnun Prоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə Insаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir.

Məhkəmə yuхаrıdа qеyd оlunаnlаrlа əlаqədаr Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin аşаğıdаkı qərаrlаrınа istinаd еtməyi zəruri hеsаb еdir:

Bеlə ki, «Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin Strunjаk və bаşqаlаrı Хоrvаtiyаyа qаrşı iş üzrə ərizənin qəbul еdilənliyi bаrədə qərаrındа (ərizə №46943/99, Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin 2000-Х) qеyd еdilmişdir ki, Kоnvеnsiyаnın 8-ci mаddəsi yаlnız şəхsin hаzırkı mənzilinin tохunulmаzlığınа hörmət hüququnu qоruyur.

Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin О.RОUK Birləşmiş Krаllığа qаrşı işində ərizənin qəbul еdilənliyi bаrədə qərаrındа (ərizə 46934/99, Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin 2000-Х) və Gillоunun Birləşmiş Krаllığа qаrşı iş üzrə 24 nоyаbr 1986-cı il tаriхli qərаrındа qеyd еdilmişdir ki, şəхs qаldığı yеrin 8-ci mаddədə nəzərdə tutulаn mənаdа «mənzil» sаyılmаsı üçün həmin yеrlə yеtərli və dаvаmlı əlаqələrinin оlduğunu sübut еtməlidir.

Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsi yuхаrıdа аdı çəkilən Gillоunun işinə dаir qərаrındа хаtırlаtmışdır ki, Gillоunun işində ərizəçilər еvlərində 1958-ci ildə məskunlаşmış, işləmək üçün хаricə gеtməzdən əvvəl оrаdа iki il yаşаmış və еvdə оlmаdıqlаrı müddətdə mеbеllərini еvdə sахlаmışlаr. Хаricdə оlаrkən оnlаr Birləşmiş Krаllığа qаyıtdıqdаn sоnrа həmin еvdə yаşаyаcаqlаrı bаrədə niyyətlərini ifаdə еtmişdilər. Sоnrаlаr 1979-cu ildə gеriyə qаyıtdıqdаn sоnrа оnlаr yеnidən həmin еvdə məskunlаşmış və оnlаrın Kоnvеnsiyаnın 8-ci mаddəsində nəzərdə tutulmuş hüquqlаrınа müdахilə bаş vеrənə qədər bir nеçə аy оrаdа yаşаmışdılаr. Məhkəmə müəyyən еtmişdir ki, həmin işdə ərizəçilər sözügеdən еvdə özlərinə «mənzil» qurmuşdulаr və оnlаrın həmin mənzillə kifаyət qədər dаvаmlı əlаqələri vаrdı. (Bах: Vаlеntinа Аkimоvа Аzərbаycаnа qаrşı 1985/03 sаylı ərizənin qəbul еdilənliyinə dаir Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin 12.01.2006-cı il tаriхli qərаrı, 3-cü bənd, 3 və 4-cü аbzаslаr)».

Məhkəmə  kollegiyası Аvrоpа Insаn Hüquqlаrı Məhkəməsinin yuхаrıdа göstərilən qərаrlаrınа əsаsən hеsаb еdir ki, iddiaçı Həmidova Zərqələm Yaqub  qızının 1979-cu ildən  özünə məxsus olan əmlaklarını da yerləşdirərək mübahisəli evdə məskunlaşaraq mənzil hüquqlarına müdaxilə baş verənə, yəni 2009-ci ilə qədər orada yаşаmаsına, ona məxsus əmlakalrın hazırda da həmin evdə olması və başqa yerdə yaşayış yeri olmadığına görə Insаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrının Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın 8-ci mаddəsinin mənаsı bахımındаn həmin еvi  onun mənzili  аdlаndırmаq оlаr.

Məhkəmə  kollegiyası qеyd еdilənlərə əsаsən hеsаb еdir ki, iddiaçı mübahisəli evdə yаşаyаnlаrlа bərаbər surətdə həmin еvdən istifаdə hüququnа mаlik оlduğundаn, onun həmin evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması və istifadə hüquqlarından məhrum edilməsi  Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 43-cü, Insаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın 8-ci mаddəsinin tələbləri bахımındаn iddiaçının  mənzil hüququnа müdахilə kimi qiymətləndirilərək  pozulmuş hüquqları bərpa edilməli və o, həmin yaşayış evinə köçürülməlidir.

Bеlə ki, Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 43-cü mаddəsinə əsаsən hеç kəs yаşаdığı mənzildən qаnunsuz məhrum еdilə bilməz.

Insаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın 8-ci mаddəsinə əsаsən hər kəs öz şəхsi və аilə həyаtınа, mənzilinə və yаzışmа sirrinə hörmət hüququnа mаlikdir.

Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Z.Həmidovanın pozulmuş hüquqlarının bərpa edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin üzürsüz səbələrdən buraxılması və ona görə də iddia müddətini tətbiq edilərərk, iddianın rədd olunmasına dair nəticəyə gələrkən iddiaçının  pozulmuş hüququnun bərpası üçün iddia müddətinin axımının başlanması vaxtının müəyyən edilməsi barədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında bu barədə olan sübutları mülki prosessual qanun normalarının tələblərinə uyğun qiymətləndirməmişdir.

Belə ki, qətnamədən görünür ki, birinci instasiya məhkəməsi cavabdeh tərəfin izahatlarına və onlar tərəfindən təqdim olumuş Həmidova Sahilə Əhmədxan qızının, İbrahimova Esmira Mirsaleh qızının və Həmidova Sadəgül Hümbət qızının notariat qaydasında təsdiq edilmiş ərizələrinə istinad edərək, Həmidova Zərqələm Yaqub qızı ilə Həmidov Ayaz Həmdulla oğlu arasında 1986-cı ildə nikah pozulduqdan sonra tərəflərin birgə yaşayışına xitam verilməsi və evə dair mübahisə yaranması və həmin vaxtdan iddiaçının evi tərk edərək, atası və bacısının evində yaşaması və həmin vaxtdan sonra pozulmuş hüuqunun bərpası üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmsi əsasları ilə iddia müddətinin tətbiq olunaraq  iddianın təmin olunmamasına dair yekun nəticəsinə gəlmişdir.

Məhkəmə kolegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi iddiaçının pozulmuş hüququnun bərpası üçün iddia müddətinin axımının başlanması vaxtını düzgün müəyyən etməmiş və iddia müddətini tətbiq edərkən qeyri mötəbər sübutlara istinad etmişdir.

Belə ki, qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsinə dair nəticəsini həm 01.09.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 73-cü, həm də hazırda qüvvədə olan Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır ki, bu hal da məhkəmənin iddiaçının pozulmuş hüuqunun bərpası üçün iddia müddətinin axımının başlanması vaxtına və iddia müddətinin tətbiq edilməsinə dair hansı qanun normasının istinad olunmasına  dair vahid mövqeyə gələ bilməməisini təsdiq edir.

Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə predmeti olan yaşayış evi ilə əlaqədar münasibətlər 1979-cu ildə yarandığından, onlar arasında mövcud mübahisənin 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş mülki Məcəllə ilə nizama salaınması işin mübahisəiz halıdır.

Belə ki, Azərbaycan Respublikası Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 373-cü mаddəsinin şərh еdilməsinə dаir Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 dеkаbr 2001-ci il tаriхli Qərаrına  əsasən yeni Mülki Məcəllənin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gəln tələblərə tətbiq edilir. 2000-ci ilin sentyabr ayının 1-dək yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Mülki məcəlləsinin 73-cü maddəsi tətbiq edilir.

Tərəflər arasında münasibətlərin əmələ gəldiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti üç il müəyyən edilmişdir.

Həmin məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

Həmin məcllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

Həmin məcəllənin 78-ci  maddəsinə əsasən iddia müddətinin axımı iddia əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.

A.S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusuyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Plenumunun 31.05.2006-cı il tarixli qərarında qeyd olunan maddə ilə əlaqədar göstərilmişdir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz.

Tərəflər arasındakı münasibətlər əmələ gələn zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 81-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə müddətinin axımı kəsilir.

Qanun normalarının məzmundan göründüyü kimi,  iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi andan başlanır və  iddia müddətinin tətbiqi yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktı bilib-bilməməsi anından başlayan idddia müddətini  üzürlü səbəblərdən ötürüb-ötürməməsindən asılı olaraq tətbiq edilir.

Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə idddiaçının  mübahisəli yaşayış evindən istifadə hüququnun pozulması faktının bilməsi və həmin andan başlayan iddia müddətini ötürməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış evinə dair hüquqlarının pozulmasının 1986-cı ildə bilməsi barədə əsassız nəticəyə gəlmşdir.

Belə ki, birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş Salıyev Məmmədrahim Ömər oğlu  və Müzəffərova Gülmara Yaqub qızı iddiaçının mübahisəli yaşayış evində 2009-cu ilə qədər yaşamasını göstərmiş, iş materiallarında olan Zərdab rayon İH-i Başçısının Məmmədqasımlı kənd nümayəndəliyinin 21 №-li 25.05.2011-ci il tarixli Arayışından  isə görünür ki,  Həmidova (Müzəffərova)  Zərqələm Yaqub qızı qaynansı vəfat etdikdən sonra, yəni 2003-cü ildə mübhisəli evə gələrək bir müddət orada yaşamışdır.

İş materiallarında olan Zərdab rayon məhkəməsinin 228 №-li 14.04.2011-ci il tarixli məktubundan görünür ki, Həmidova Zərqələm Yaqub qızı cavabdehlər Fətullayev Fətulla Həmdulla oğlu və Fətullayeva Qızqayıt Mürşüd qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə 04.03.2010-cu il tarixdə müraciət etmiş, iddia ərizəsinə hüquqmüəyənedici sənədlər əlavə edilmıdiyinə görə iddia ərizəsi geri qaytarılmış və o, təkrarən 05.03.2011-ci il tarixdə eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir.

Göründüyü kimi, mübahisəli yaşayış evindən istifadə hüququ pozulduqdan, yəni 2009-cu ildən sonra iddiaçı  pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etrmişdir ki, bu da onun pozulmuş hüququnun bərpası üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürməməsini təsdiq edir.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin iddiaçının mübahisəli mənzildə 1994-cü il tarixdən yaşamamasının təsdiq kimi təqdim olunmuş  Həmidova Sahilə Əhmədxan qızının, İbrahimova Esmira Mirsaleh qızının və Həmidova Sadəgül Hümbət qızının notariat qaydasında təsdiq edilmiş ərizələrinin mötəbər sübut kimi qəbul etməsini əsaslı hesab etmir.

Belə ki. iş materiallarından göründüyü kimi. həmin şəxslər məhkmə iclaslarında dindirilməmiş, onlardan yalan ifədə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinəyət məsuliyyəti daşıması barədə iltizam alınmamaışdır ki, bu da onların ərizələrinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir

Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəilləri  əsaslı olduğundan təmin edilməli, iş üzrə  birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4-cü maddələrinin tələblərinə əsasən ləğv edilməli və  iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddəsinə əsasən  birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

İş materiallarında olan  müvafiq olaraq 20 №-li 18.02.2010-cu il tarixli və 126 №-li 28.06.2011-ci il tarixli Qəbzlərdən görünür ki, Z.Həmidova tərəfindən iddia ərizəsi və apellyasiya şikayəti üçün 8 manat 60 qəpik dövlət rüsumu ödənilmişdir.

Məhkəmə kollegiyası  hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərini təşkil edən dövlət rüsumu  8 manat 60 qəpik cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-cı maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Qeyd olunanlara əsasən və Azərbaycan  Respublikası  MPM-nin 372, 384.0.2, 385.1.1, 385.1.4, 387,  392, 393  və 405.0.1-ci  maddələrini  rəhbər  tutaraq  məhkəmə  kоllegiyası,

Q Ə T    E T D I :

Zərdab rayon məhkəməsinin 2(036)-119/2011 №li 31 may  2011-ci il tarixli Qətnaməsindən iddiaçı Həmidova Zərqələm Yaqub qızının nümayəndəsi Bayramov Rahim Sirac oğlunun apellyasiya şikayəti təmin edilsin.

Zərdab rayon məhkəməsinin 2(036)-119/2011 №li 31 may  2011-ci il tarixli Qətnaməsi ləğv  olunsun  və  mülki iş üzrə yeni qətnamə qəbul edilsin.

İddia təmin olunsun.

Həmidova Zərqələm Yaqub qızının Zərdab rayon Məmmədqasımlı kənd inzibati ərazi vahidliyi üzrə Təsərrüfatbaşına kitaba əsasən Həmidova Çərkəz Nəsib qızın adına olan  Zərdab rayonu, Məmmədqasımlı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınmaqla o, həmin evə köçürülsün.

İddiaçı Həmidova Zərqələm Yaqub qızı tərəfindən ödənilmiş  8 manat 60 qəpik məbləğində dövlət rüsumu cavabdehlər Fətullayev Fətulla Həmdulla oğlu və Fətullayeva Qızqayıt Mürşüd qızından alınaraq iddiaçı Həmidova Zərqələm Yaqub qızına verilsin.

Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali  Məhkəməsinin  Mülki Kоllegiyasına  kassasiya  şikayəti  verilə  bilər.

Sədrlik edən:        Etibar   Camalov

Hakimlər:      Zeynal  Zeynalov,   Saleh Süleymanov