Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində yoxlama aparılıb

0
131

Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib. Zerdab.com Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, kollegiyada Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri də müzakirə olunub. Qərara alınıb ki, 65 yaşının tamam olması ilə əlaqədar müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin. Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Zerdab.com