Dekabrın 19-da R.Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş anma mərasimi keçiriləcək.
Teatrdan bildirilib ki, xatirə gecəsində elm, ədəbiyyat, incəsənət xadimləri, Nurəngiz Günün ailə üzvləri, sənət dostları iştirak edəcək.
Tədbirdə Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən söhbət açılacaq, incəsənət ustalarının ifasında şairin yaradıcılığından nümunələr səsləndiriləcək.
N.Gün 2014-cü il dekabrın 19-da Bakıda vəfat edib.
Xatırladaq ki, Nurəngiz Gün 92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyevanın anasıdır.
Zerdab.com








