Yaxşı adam kimdir?

0
69
Müdriklərdən biri deyir ki, hər kəs pulun qıtlığından şikayət edir, Kimsə ağlının qıtlığından, yaxud da ağılsız davrandığından şikayət eləmir.
Kimi də dindirsən, günahı onun-bunun üstünə atacaq, boynunu büküb “günah məndədir” deməyəcək.

Atalarımız yaxşı deyiblər ki, kimsə öz ayranına turş deməz.

Amma siz insanların dediklərinə qulaq asdığınız kimi, onların əməllərinə də diqqət yetirin.  Əgər birisi:

– yola zibil atırsa;

– krantı bağlamırsa, suyu boş yerə axıdırsa;

– əlini silmək üçün bir salfet kifayət elədiyi halda üçündən istifadə edirsə;

– verdiyi sözün üstündə durmursa;

– heç ehtiyac olmadığı yerdə ağacın budağını qırırsa;

– öz qapısının zibilini qonşuya tərəf süpürürsə;

– başqalarının zəhmətinə hörmət eləmirsə;

– heyvanları incidirsə;

– elədiyi xətasını boynuna almırsa;

– birinin ayağını tapdayandan sonra üzr istəmirsə… demək, o qədər də yaxşı adam deyil. Bəlkə də heç yaxşı adam deyil, amma biz yenə də ehtiyatlı davranıb yumşaq ifadələrdən istifadə etməyə üstünlük verək.