Niyə görüşümüz məşhərə qaldı?

0
92

İllərdir hardasan, görmürəm səni.
Daşıya bilmirəm bu qədər qəmi.
Əgər bircə dəfə görsəydim səni,
Sorardım, əlimdən səni kim aldı?
Niyə görüşümüz məşhərə qaldı?

Susduğum o sözlər məni yandırır,
Hərdən kövrəldərək duyğulandırır.
Bəzən həddin aşıb umudlandırır,
Fələk mənə həsrət nəğməsi çaldı,
Niyə görüşümüz məşhərə qaldı?

Artıq mümkün deyil, yox geri dönüş,
Sənə yaraşmırdı bu qəfil gediş.
Yəqin xeyirlidir bizimçün bu iş,
Həsrətdən saçlarım ağappaq qardı,
Niyə görüşümüz məşhərə qaldı?

Leyli və Məcnuntək mən də nağılam,
Alov olub buludlardan yağıram.
İstəyirəm var gücümlə çağıram,
Mənim çağrışıma cavabmı vardı?
Niyə görüşümüz məşhərə qaldı?

Gülər Allahverdiyeva,

Qoruqbağı kəndi