Kənd təsərrüfatı nazirinin Zərdabda qəbulunun vaxtı dəyişdirilib

0
48

Kənd təsərrüfatı naziri Heydər Əsədovun oktyabrın 28-də Zərdab rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə nəzərdə tutulan vətəndaş qəbulu oktyabrın 21-nə keçirilib.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ( web@agro.gov.az ) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Zerdab.com