Həsən bəy Zərdabinin qardaşı Mehralı bəy Məlikov

0
74

Azərbaycan, ərəb, fars dilləri ilə yanaşı, rus dilini mükəmməl bilən Səlim bəyin böyük oğlu Mehralı bəy Məlikov Bakı şəhərində yaşamışdır. O, Bakıda Əmlak İdarəsində tərcüməçi işləmişdir. Bəzi mənbələrdə qısaca olaraq qeyd edilmişdir ki, Mehralı bəy ermənilər tərəfindən zəhərlənərək öldürülmüşdür. Lakin Mehralı bəy haqqında geniş məlumat yoxdur və bu barədə araşdırmalara ehtiyac vardır. Qeyd edim ki, Həsən bəy Zərdabinin qardaşı Mehralı bəy Məlikov Əmlak İdarəsində işləyərkən bu orqanın icraçı strukturu tərəfindən yerlərdə icra olunan planaalma işləri zamanı milli və tarixi yer adlarımızın, toponimlərimizin olduğu kimi xəritə və sənədlərdə öz əksini tapmasına çalışırdı. Mehralı bəyin buna xüsusi diqqət yetirməsinin səbəbi vardı. Çünki o zaman rusca tərtib olunan plan və layihələrdəki toponimlərimiz düzgün tərcümə edilməsəydi, onlar tarixdə, rəsmi sənədlərdə təhrif olunmuş şəkildə qalardı. Digər tərəfdən, Mehralı bəy  yaxşı bilirdi ki, toponimlərimizin doğma dilimizdə düzgün yazılmasına Həsən bəy böyük əhəmiyyət verir. Mehralı bəy Məlikovun Rəhim bəy adlı oğlu olmuşdur.

Zerdab.com