Zərdabda 65 min manatlıq oğurluq

0
49

Zərdab ryonunda marketdən 65 min manat dəyərində siqaret oğurlanıb.
Zerdab.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 30-da Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq edildiyi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən obyektin maliyyə təsərrüfatına baxış zamanı 65 min manat dəyərində tütün məmulatları oğurlandığı müəyyən olunub.

Faktla bağlı Zərdab RPŞ-da aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 25-də cinayəti törətməkdə şübhəli bilinən şəxslər – Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.

Araşdırmalarla M.Əsədov işlədiyi mağazadan tanışı A.Kərimov ilə birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min dəyərində tütün məmulatları oğurladıqları məlum olub. Hər iki şəxs dindirilmə zamanı oğurlanan məmulatları dəyərindən ucuz qiymətə satdığını etiraf ediblər.