Zərdabda yeni yol istifadəyə verildi – VİDEO

0
57

Əsaslı şəkildə yenidən qurulan Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolu Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində istifadəyə verilib. Zerdab.com saytı xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan 4,6 milyon manat vəsait hesabına yenidən qurulan yol Çallı, Birinci Alıcanlı, İkinci Alıcanlı və Cilovxanlı kəndlərinin sakinlərinə xidmət etməklə iki min nəfərdən çox vətəndaşın Zərdab şəhərinə  və qonşu rayonlara çıxışını təmin edir. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev sakinləri təbrik edib. Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İstismar İdarəsinin şöbə rəisinin müavini Alim Nağıyev iştirak edib.