Prezident həmyerlimizi nazir müavini təyin etdi – SƏRƏNCAM

0
77

ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru Elnur Soltanov Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunub.
Zerdab.com xəbər verir ki, Soltanov Elnur Zabit oğlu Mingəçevir şəhərində dünyaya gəlib. Valideynləri Zərdabın Məlikli kəndindəndir.
Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olub. Elnur Soltanovun atası məşhur “Gecələr” mahnısının müəllifi olsa da, o, bu günədək müəlliflik hüququnu bərpa edə bilməyib.
E.Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını alıb.
Bundan başqa o, 2000-2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışıb.
ADA Universitetində çalışmağa başlamazdan öncə, Soltanov Truman Dövlət Universitetində çalışıb.

Elnur Soltanovun Zerdab.com saytına müsahibəsini aşağıdakı linkdən oxumaq olar.

Professor Elnur Soltanov: “Zərdab mənim üçün çox doğmadır”