Zərdabın fəxri – general-mayor İnqilab Heydər oğlu Muradov

0
92

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İnqilab Heydər oğlu Muradova general-mayor hərbi rütbəsi verilib.

Zerdab.com xəbər verir ki, İnqilab Muradov 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edir.
30 iyun 2002-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Həmçinin İnqilab Muradov “Qüsursuz xidmətlərə görə”, “Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.
Prezidentin sərəncamı ilə 2018-ci ildən İnqilab Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavinidir.