Yeni təhsil proqramı üzrə test vəsaiti nəşrdən çıxıb

0
53
Sefali-Elizade-Zerdabi-yolu-test-yeni-tehsil-proqram2

Yeni təhsil proqramı üzrə VI və VII siniflər üzrə mövzuları əhatə edən test vəsaiti nəşrdən çıxıb. Zerdab.com saytı xəbər verir ki, çap olunmuş vəsait abituriyentlər və müəllimlər üçün nəzərdə tutulub. Vəsaitdə yer alan testlər bütün mövzuları əhatə etməklə əsas strateji biliklərə yiyələnməyə kömək edir, açıq tipli testlər və situasiya tapşırıqları şagirdlərin müstəqil işləmə bacarıqlarının və məntiqi təfəkkürün inkişafına hesablanıb. Bundan başqa, vəsaitdə ədəbiyyat nəzəriyyəsinə aid testlərə də yer verilib. Vəsaitdən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə və diaqnostik qiymətləndirməyə hazırlaşan müəllimlər də istifadə edə bilər.

Kitabın müəllifi Əlizadə Səfalı Aqşin oğlu 1996-cı ildə Zərdab rayonunda anadan olub. Orta təhsilini Qoruqbağı kənd tam orta məktəbində alıb. 2012-2013-cü illərdə Zərdab rayonundakı “Hədəf” kurslarında təhsil alıb. 2013-cü ildə Bakı Dövlət Universitetin Filologiya fakültəsinə qəbul olub. 2017-ci ildə filoloq (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2018-2019-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində əlavə təhsil alaraq ixtisasını təkmilləşdirib. Öz ixtisası ilə yanaşı, pedaqogikaya (kurikulum) da maraq göstərir, kurikulum təlimçisidir. Yeni təhsil proqramı üzrə çap olunmuş kitabda VI və VII siniflər üzrə mövzular əhatə olunub.

Bu layihə Səfalı Əlizadə və “Zərdabi yolu” tədris mərkəzinin birgə əməkdaşlığıdır. Vəsait böyük marağa səbəb olub, Bakı şəhərində və bölgələrdə böyük tələbat var.

Test vəsaiti ilə maraqlananlar və sifariş vermək istəyənlər 050 554 48 42 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.