Mərkəzi xəstəxana: “Zərdabda 25 min nəfər kütləvi tibbi müayinə olunub”

0
50

Zərdab rayonunda 18 və yuxarı yaşda olan sakinlərin pulsuz kütləvi tibbi müayinəsi davam edir. Fevralın 12-dən bu günədək 25 min 900 nəfər bu humanist aksiyadan yararlanıb.

Zerdab.com xəbər verir ki, rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu humanist aksiya çərçivəsində 35 min 886 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək bu aksiyadan yararlanan sakinlərdən 641 nəfər ambulator, 22 nəfər stasionar müalicəyə cəlb edilib, 22 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Habelə 17 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

İxtisaslı həkimlərdən ibarət xüsusi səyyar briqada ahıl və xəstə insanlara evlərində xidmət göstərir.