Zərdabda Milli Qurtuluş Günü qeyd edildi – Fotolar

0
80

15 iyun Milli Qurtuluş günü münasibətilə Zərdabda ümumrayon mərasimi keçirilib.

Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev vurğulayıb ki, Milli Qurtuluş Gününün 26-cı ildönümünü qeyd edən ölkəmiz ümummilli lider Heydər Əliyev qüdrətindən güc alaraq bütün çətinlikləri və problemləri dəf etmiş, demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut edib.

L. Babayev qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 15-də respublikanın siyasi hakimiyyətinə rəhbərliyə yenidən qayıtması xalqımızın çoxəsrlik tarixinə dövlətçiliyimizin Qurtuluş Tarixi kimi daxil olub.


Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş uğurlu addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.