Zərdabda 2 iyul – Azərbaycan Polisi Günü qeyd olunub

0
58

Zərdab rayonunda 2 iyul – Azərbaycan Polisi Günü geniş qeyd olunub.

Zerdab.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Rayon polis şöbəsində keçirilən tədbirdə dövlət himni səsləndirilib, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunub.

Şöbə rəisi, polis mayoru Azər Əfəndiyev Azərbaycan Polisinin keçdiyi şərəfli yoldan danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-sinin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Sonda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr verilib.