Zərdab sakini qaçırdığı avtomobili sürərkən saxlanılıb

0
33
avtomobil-ogurluq-dyp-avtos

“102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.

Zerdab.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.

Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb.