Zərdabda yanğın olub

0
57

Zərdabda yanğın olub.

Zerdab.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Zərdab rayonunun Yarməmmədbağı kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyü və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​