Energetika nazirinin müavini Elnur Soltanov rayonumuzda vətəndaşlarla görüşəcək.
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, həmyerlimiz, əslən Zərdab rayonunun Məlikli kəndindən olan energetika nazirinin müavini Elnur Soltanov Zərdab sakinləri ilə görüşəcək.
Zerdab.com saytı xəbər verir ki, vətəndaşlarla görüş dekabrın 20-də keçiriləcək.
Nazir müavini Elnur Soltanovun iştirakı ilə keçiriləcək qəbulda vətəndaşların müraciəti dinləniləcək, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar veriləcək.
Qeyd edək ki, Soltanov Elnur Zabit oğlu
Mingəçevir şəhərində dünyaya gəlib. Valideynləri Zərdabın Məlikli kəndindəndir.
Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olub. Elnur
Soltanovun atası məşhur “Gecələr” mahnısının müəllifi olsa da, o, bu günədək
müəlliflik hüququnu bərpa edə bilməyib.
E.Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr
üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009)
Siyasət elmləri namizədi adını alıb.
Bundan başqa o, 2000-2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya
Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışıb.
ADA Universitetində çalışmağa başlamazdan öncə, Soltanov Truman Dövlət
Universitetində çalışıb.