Jalə Əliyeva Zərdabda seçicilərlə görüşlərə başlayıb – Fotolar

0
58
jale-eliyeva

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən olan deputatlığa namizəd Jalə Fazil qızı Əliyeva seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasına start verib.

Zerdab.com saytı xəbər verir ki, J. Əliyeva Zərdab rayonunun Gəlmə, Salahlı, Əlibəyli, Allahqulubağı, Hüseynxanlı, Xanməmmədli, Gəndəbil kəndlərinin bir qrup seçicisi ilə görüşüb.

Görüşdə çıxış edən kənd sakinləri Həsən Abulov, Hacı Zakir Məmmədov, İsrafil Feziyev ve başqaları ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı cənab İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.

Sakinlər 14 ildə deputatın onları Parlamentdə layiqincə təmsil etdiyi üçün, Zərdabın problemlərini dönə-dönə səsləndirdiyi üçün təşəkkür ediblər.

Seçicilər xüsusilə Gəlmə kəndində körpələr evi usaq bağçası, Gəlmə kəndini şəhərə və 2 kəndə bağlayan körpünün işıqlandırılması, Gəlmə kəndinin bir hissəsinin suvarılmasında yaranan problemin aradan qaldırılması üçün nasosun qoyulmasında, Hüseynxanli məktəbində natamam orta məktəbin tikilməsi, həmin kəndlərdə elektrik xətlərinin yenilənməsi, yeni transformatorların qoyulması, bütün kəndlərdə qazlaşdırılmanın tam başa çatması, Əlibəyli kəndində məsçidin açılması, Gəlmə-Əlibəyli-Zərdab yolunun əsaslı təmirinin plana salınması, həmin kəndlərin bir hissəsinin şəhərə çıxışını təmin edən Zərdab-Ağcabədi yolunun tikintisinin başlanması işlərində göstərdiyi köməkliklərə görə, bu məsələləri əlaqədar təşkilatlara çatdırdığına və müsbət həllinə nail olduğuna görə minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, J. Əliyeva Zərdabı (qismən də Ucarı), 92 saylı Seçki Dairəsini 3-cü çağırışdan – 2005-ci ildən bəri Milli Məclisdə (MM) təmsil edir.

MM-in Mədəniyyət komitəsinin sədr müavini, həm də Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvüdür.

Filologiya elmləri doktoru, professordur.

Bir qızı, 3 nəvəsi var.

Zerdab.com saytı Jalə Əliyevanın Zərdabda seçicilərlə görüşlərindən fotoları təqdim edir.