Zərdabda Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidənqurmadan sonra istifadəyə verilib

1
51


Son vaxtlar Zərdab rayonunda geniş quruculuq-abadlıq işləri həyata keçirilib.

 Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, Heydər Əliyev prospekti yenidən qurulub, Heydər Əliyev parkının su təminatının yaxşılaşdırılması üçün parka yeni su xətti çəkilib, şəhərin küçələrinə asfalt örtük döşənib, yeni yaşıllıq zolaqları salınıb, küçələrin işıqlanma sistemi yenidən qurulub. Heydər Əliyev Fondunun vəsaiti hesabına 120 yerlik körpələr evi-uşaq bağçasının, Gəlmə, İsaqbağı, Məlikumudlu kənd tibb məntəqələrinin tikintisi aparılır. Çallı kəndində yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi başa çatmaq üzrədir. 96 şagird yerlik Sarıqaya kənd modul tipli tam orta məktəbinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Bu günlərdə isə Azərbaycan Milli mətbuatının banisi Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidən qurularaq istifadəyə verilib. Smeta dəyəri 360 min manat, ümumi sahəsi 1,1 hektar olan parkda yenidənqurma işlərinə cari ilin yanvar ayında başlanılıb.
Müasir memarlıq üslubunda giriş qapısı quraşdırılıb, ümumi sahəsi 200 kv.metr olan, müasir üslubda fontan kompleksi inşa edilib. Zərdabinin heykəlinin postamenti və ətrafı yüksək keyfiyyətli mərmər tavalarla üzlənib.
Parkın ərazisində sahəsi 500 kv.metr olan uşaq əyləncə mərkəzi tikilib, ağ lay tavalarla üzlənib və müasir metal məhəccərlərlə haşiyələnib 280 metr uzunluğunda hasar inşa edilib. Parkın işıqlanma sistemi yenidən işlənilib və 44 ədəd müxtəlif növ müasir işiqlandırıcılar quraşdırılıb. Parkda 1200 kv.metr yaşıllıq zolağı yaradılıb, 600 ədəd müxtəlif növ ağac və gül kolları əkilib. 2 ədəd kölgənəcək, 12 ədəd dekorativ oturacaqlar və tullantı qabları quraşdırılıb.
Ümumiyyətlə parkın tikintisində 1350 kv.metr mərmərdən, 550 kv.metr tometdən, 500 kv.metr ağ lay tavalardan və digər materiallardan istifadə olunub, 300 kv.metr sahəyə asfalt örtük döşənib.

1 comment

  1. Salam.Xahiş edirəm parkda görülən işlərin miqyası və xərclənən pulun miqdarı haqda məlumatın məhbəy haqda məlumat verin.

Comments are closed.