Mərdan Camalzadə: “Zərdabın 452 sakini Vətən müharibəsində iştirak edib, 8 nəfər qəhrəmancasına şəhid olub” – FOTOLAR

0
105
merdan-camalzade

Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin təşkilatçılığı ilə Zərdab rayonundan olan Vətən müharibəsi iştirakçılarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Zerdab.com saytına verilən məlumata görə, əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Bir bir və ya daha çox şəxs, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycan xalqı bu bayramı çox böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edir. Çünki ilk dəfədir ki, biz Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində tam qələbə çalaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib bir ölkənin vətəndaşları kimi qeyd edirik. Bu şanlı tarixi qələbənin qazanılmasında Azərbaycan ordusu böyük fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərərək Ermənistan ordusunu darmadağın etdi və işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu yolda xalqımız şəhidlər verdi, yüzlərlə müharibə iştirakçısı yaralandı, sağlamlığını itirdi.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

İcra Hakimiyyəti başçısı bildirdi ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə sərəncamına uyğun olaraq rayonumuzun 452 nəfər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək Vətən müharibəsinə yola düşüblər. Bütün istiqamətlərdə gedən döyüşlərdə gənclərimiz böyük qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Bu müharibədə rayonumuz 8 şəhid verib, yüzlərlə yaralananımız olub.

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilib. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilib, xatirələrinə abidələr ucaldılıb, bulaqlar tikilib və bu istiqamətdə işlər bu gün də davam etdirilir. İcra başçısı Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlara və şücaətə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmiş bütün zərdablıları ürəkdən təbrik edib, onların ailələrinə belə vətənpərvər qəhrəman övlad tərbiyə edib yetişdirdiklərinə görə minnətdarlığını bildirib.

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Asif Əhədov, Zərdab Rayon İHB Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Cəsur döyüşçü”, “Şücaətə görə” Füzulinin və Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilmiş Zinhar Bayramov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Neman Yediyarov çıxış ediblər.

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Sonda bir qrup Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim olunub.

Çıxış edən tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Bir 1 nəfər, ayakta, açıq Havada, abidə və ağac şəkili ola bilər