Zərdabda pambıq yığımı başladı – 3070 hektar sahədə pambıq əkilib

0
82

Zərdab rayonunun pambıqçıları məhsul yığımı kampaniyasına başlayıblar.

Zerdab.com saytı xəbər verir ki, cari mövsümdə rayonda 3070 hektar sahədə pambıq yetişdirilib. 28 ərazi icra nümayəndəliyindən 19-da əkin aparılıb. Daha çox pambıq əkilən və bol məhsul yetişdirən İsaqbağı, Qaravəlli, Qoşaoba və digər ərazi dairələrində məhsul yığımına yüksək hazırlıqla start verilib.

Pambıqçılar ağır zəhmət bahasına yetişdirdikləri məhsulun vaxtında və itkisiz toplanması üçün ilk günlərdən ciddi səy göstərirlər. Sahələrin 2620 hektarı pambıqyığan maşınlarla, qalanı isə əl ilə yığılacaq. “Ağ qızıl”ın yığımına 8 ədəd pambıqyığan maşın, 200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hər gün 5,5-6 ton məhsul toplanır. Cari mövsümdə tarlaların hər hektarından 28-30 sentner məhsul götürüləcəyi gözlənilir.

Zerdab.com