Şəhir mayor Rəhim Hüseynovun həyat yoldaşının qəzaya düşdüyü yerdən FOTOLAR

0
80
rehim-huseynov-qeza

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qəzada ölən Ələsgərova Günel İnqilab qızı Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli, mayor Rəhim Hüseynovun həyat yoldaşıdır.

35 yaşlı Günel Ələsgərovadır. Bakıdan Zərdaba həyat yoldaşının il mərasiminə gedirmiş.

Ailənin 3 övladı var.

Bir açık hava görseli olabilir

Bir araba ve açık hava görseli olabilir




Bir açık hava görseli olabilir
Bir açık hava görseli olabilir
Bir araba ve açık hava görseli olabilir