Zərdabda elektrik cihazı ilə balıq ovlayan şəxslər saxlanıldılar – FOTOLAR

0
161
elektrik-baliq-ovu-zerdab

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Zerdab.com-a verilən məlumata görə, Aşağı Şirvan kollektrounun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar.

Araşdırmalarla həmin şəxslərin rayon sakinləri – Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib.

Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Zerdab.com

Zərdabda elektrik cihazı ilə balıq ovlayanlar saxlanılıb