Mərdan Camalzadə: “İlkin Əliyev savadlı, eyni zamanda təcrübəli gənc kadrdır” – Yeni sədr ictimaiyyətə təqdim olundu

0
252
yap-zerdab-ilkin-eliyev-merdan-camalzade
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə YAP Zərdab rayon təşkilatının yeni sədri İlkin Əliyevi rayon ictimaiyyətinin nümayəndələrinə təqdim edib.
Zerdab.com saytına verilən məlumata görə, təqdimatda hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və YAP Zərdab rayon təşkilatının ərazi partiya təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə YAP Zərdab rayon təşkilatının yeni sədri İlkin Əliyevin uğurlu əmək fəaliyyəti, dövlətimizə və dövlətçiliyə sədaqəti, partiyanın rayon təşkilatının fəaliyyətində yaxından iştirakı barədə məlumat verərək, onun savadlı, eyni zamanda təcrübəli bir gənc kadr olduğunu vurğulayaraq sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev öz növbəsində çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, patriyanın sədr müavinlərinə və partiyanın idarə heyətinə ona göstərilən yüksək etimada görə təşəkkür edərək, bu etimadı layiqincə doğrultmaq üçün var gücünü əsirgəməyəcəyini bildirib. İlkin Əliyev Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri vəzifəsinə təyin olunmasının onun üçün çox qürurlu və şərəfli olduğunu bildirib.
Təqdimatda çıxış edən partiya aktivləri və ziyalılar İlkin Əliyevi yeni təyinat münasibətilə təbrik edib, bu yolda ona müvəffəqiyyətlər arzulayıblar.
Bir 7 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Bir 15 kişi ve ayakta duran insanlar görseli olabilirBir 12 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 7 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilir