Zərdabda ana və bacısı yanğında ölən, özü isə ağır xəsarət alan azyaşlının yardımınıza ehtiyacı var – FOTOLAR

0
142
zerdab-calli-yangin

18 fevral tarixində Zərdabın Çallı kəndində baş verən yanğında anası və bacısı yanaraq ölən 2015-ci il təvəllüdlü Əhmədli Gülməhəmmədin vəziyyəti ağırdır.

Ailəsindən bildirilib ki, hazırda uşağın vəziyyəti kritikdir: “Gülməhəmməd hazırda şok vəziyyətindədir. Onun həyatda qalması üçün xalqın dəstəyinə ehtiyacımız var. Onun bədəninin böyük hissəsi yanıb. 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır. Hazırda həm maddi, həm də mənəvi olaraq tükənmiş vəziyyətdəyik”.

Xatırladaq ki, Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli iki otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əhmədli Gülməhəmməd isə ağır xəsarətlər alıb.

Əlaqə nömrəsi: Emil Şükürov +994 55 326 23 76

“MilliÖn” – “Bank Respublika” – Hesaba mədaxil – 1403 7592 – AA 2720088