Zərdabda yaralı hərbçilərlə görüş davam edir – FOTO

0
120
cebrayilov-zeynal-eldeniz-oglu
12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində düşmən təxribatının qarşısını alarkən igidlik göstərərək yaralanmış zərdablı hərbçilərlə görüş davam etdirilir.
Zerdab.com saytına verilən məlumata görə, bu dəfə Sarıqaya, Məmmədqasımlı, Məlikli, Pərvanlı kəndlərinin icra nümayəndələri zərdablı hərbçilərlə görüşüblər.
İlk olaraq qəhrəmanlıq göstərərək yaralanmış Zərdab rayonunun Şıxbağı kənd sakini Cəbrayılov Zeynal Eldəniz oğlu və ailəsi ziyarət olunub.
Görüşdə Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışılıb, düşmən təxribatına layiqli cavab verildiyi vurğulanıb.
İcra nümayəndələri həmçinin rayonumuzdan olan digər yaralılarla görüşüblər.
Zerdab.com