Vətən müharibəsinin Zərdablı şəhidi İbrahim Cəbrayıllının anım günüdür – FOTOLAR

0
168
zerdab-ibrahim-cebrayilli-anim-gunu.png
Vətən müharibəsinin şəhidi İbrahim Cəbrayıllının vəfatının 2-ci ildönümüdür.
Zerdab.com saytına verilən məlumata görə, bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
İcra başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan silahlı qüvvələrimizin 44 günlük vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib.
Qeyd olunub ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə ediliblər.
Zerdab.com
Bir 7 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilər
Bir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, abidə və açıq hava şəkili ola bilər