Zərdabda avtomobil ağaca çırpılıb – Ölən və yaralananlar var

0
159
zerdab-qeza-kurdemir

Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.

Zerdab.com xəbər verir ki, barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Zərdab rayonunun Gəndəbil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini İ. Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobilin sərnişinlərindən biri – Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zerdab.com