Zərdabda Aprel döyüşləri şəhidi Nurlan Abdullazadənin xatirəsi yad edilib – FOTOLAR

0
68
Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Böyük Dəkkə kənd sakini Nurlan Abdullazadənin xatirəsi yad edilib.
Zerdab.com saytına verilən məlumata görə, Nurlan Abdullazadənin məzarı və kənd qəbiristanlığında dəfn edilmiş Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, Gənclər və idman İdarəsinin, SHXÇDX-nin Zərdab rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxış edənlər 2016-cı ilin aprel döyüşlərində qazanılmış qalibiyyətin davamı olaraq ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyindən və qəhrəmanlarımızın qanının yerdə qalmadığından bəhs edib.
Sonra şəhidin ailəsi ziyarət edilərək xatirəsi yad olunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
aprel-doyusleri-sehidi-nurlan-abdullazade.png