“Zərdaba səfərim çərçivəsində həmkarım Jalə Əliyeva ilə rayonun Körpükənd kəndində oldum. Kəndin Vətən müharibəsi şəhidi İlkin Ağayevin atası Tehran Ağayevlə görüşdüm. Körpükəndin 9 şəhidi var. 7 şəhidimiz Birinci Qarabağ savaşında, iki övladımız isə Vətən müharibəsində canlarını torpaq bütövlüyümüz uğrunda qurban veriblər. Allah rəhmət etsin!”.
Zerdab.com saytı xəbər verir ki, bu sözləri millət vəkili Elnur Allahverdiyev bildirib.
“Körpükənd həm də mənim babamın – atamın atasının doğulub boya-başa çatdığı kənddir. Buradan fərəh hissi ilə ayrıldım, Azərbaycan uğrunda istənilən an canından keçməyə hazır olan Vətən övladlarını yetişdirən kəndin camaatı ilə qürur duyuram!”,-deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, Zərdab rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda Milli Məclis üzvlərinin, tanınmış politoloqların iştirakı ilə toplantı və ağacəkmə aksiyası keçirilib.
Tədbirdə millət vəkili Elnur Allahverdiyev də iştirak edib. Tədbirdən sonra isə millət vəkili özünün də qeyd etdiyi kimi, ata babasının doğulub boya-başa çatdığı Körpükənd kəndinə də gedib.
Millət vəkili Elnur Allahverdiyevi daha da yaxından tanımaq istəyənlər Zerdab.com saytında yayımlanmış “Əslən Zərdabdan olan ziyalı nəslin layiqli davamçısı… – Yorulmayasınız, Elnur Allahverdiyev” sərlövhəli məqaləni aşağıda qeyd etdiyimiz link vasitəsilə oxuya bilərlər:
Zərdab rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda Milli Məclis üzvlərinin, tanınmış politoloqların iştirakı ilə keçirilən toplantı və ağacəkmə aksiyasından fotoları da təqdim edirik.
Zerdab.com