Zərdabda dördotaqlı ev yanıb

0
186
zerdab-ev-yangin

Zərdab şəhərində mənzildə yanğın olub.

Zerdab.com saytı FHN-ə xəbər verir ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 7 m² sahədə mətbəx mebeli, 1 ədəd soyuducu və 1 ədəd televizor yanıb.

Yüksək temperaturdan mətbəxin tavanı 7 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zerdab.com