Zərdabda ikimərtəbəli yaşayış binasında yanğın olub

0
97
zerdab-rayonu-zərdab-rayonu

Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Zerdab.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.