Zərdabın “Dördyol” ərazisindəki tağda əks olunan xəritə və bayraq yeniləndi – FOTO

0
278
zerdab-xerite-rayon

Zərdab rayonunun “Dördyol” adlanan hissəsində quraşdırılmış tağda əks olunan Azərbaycan xəritəsi və bayrağı yenilənib.

Zerdab.com saytı xəbər verir ki, isti havanın təsirindən sözgedən tağda əks olunan xəritə və bayrağın rəngləri solmuşdu.

Rəngli bannerdə günəş şüalarının təsiri nəticəsində yaranmış problem artıq aradan qaldırılıb.

Qeyd edək ki, bu barədə sosial şəbəkədə ilk olaraq həmyerlimiz Həsən Hüseynli paylaşım etmişdi və bundan sonra məsələ ictimailəşmişdi.

Zerdab.com