Sinif yoldaşına etibar edən Zərdab sakini külli miqdarda borca düşüb – 78 min borc – VİDEO

0
230
zerdab-rayonu-zərdab-rayonu

Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Əhməd Araz oğlu Azayzadə sinif yoldaşının dostu tərəfindən aldadıldığını deyir. Belə ki, 2019-cu ilin fevral ayında Əhməd 2 dostu ilə birlikdə iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gedib.

Bakıda yaşayan keçmiş sinif yoldaşı Elnur Mahmud oğlu Babayevlə görüşüb və çay içmək qərarına gəliblər. Elnur görüşə gələndə yanında rayondan gedən şəxslərin tanımadığı 1 nəfər də olub. Elnur onunla gələn Emin adlı şəxsin onun yaxın dostu olduğunu bildirib. Söhbət əsnasında Elnur bildirib ki, Eminə Rusiyadan tez-tez yaxınları tərəfindən yüksək məbləğdə pul göndərilir. Səhər də 200 min manat pul gəlməlidir. Bu pul bir adamın telefon nömrəsinə göndəriləndə komissiya haqqı çox olur.

O, Əhmədi və digərlərini razı salıb ki, hərənin adına bir nömrə alıb, hər nömrəyə 50 min göndərilsin və daha sonra bunun qarşılığında onlara zəhmət haqları ödənilsin.

Bu hadisədən sonra Əhməd və 2 dostu rayona qayıdır və təxminən 10 gün sonra yenidən Bakıya gedirlər. Tanışlar Bakıda yenidən görüşürlər. Emin bildirir ki, ona yenə Rusiyadan pul göndəriləcək və yenə onların köməyinə ehtiyacı var. Bu dəfə o, dostların zəhmət haqqını da əvvəlcədən ödəyir. Bu hadisədən sonra müsahibimiz 2021-ci ilin mart ayında Rusiyaya gedir. Həmin ilin oktyabr ayında məhkəmədən onun evinə bildiriş gəlir.

Əhməd deyir ki, “Asan xidmət”dən aldıqları nömrənin “Asan imza” nömrəsi olduğunu və onun bilavasitə etibarnamə rolu oynadığını evinə məhkəmədən bildiriş gələndə öyrənib. Məlum olub ki, Əhmədin adına 4 şirkət açılıb və ümumilikdə, onun 78078 manat vergi borcu yaranıb.