Qəzada həlak olan Zərdablı hərbçi dəfn edilir – FOTO

0
132

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Taleh Saleh oğlu Əliyevin nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra hərbçimiz Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.