Şəhid Taleh Əliyev Gödəkqobu kəndində dəfn olundu – FOTOLAR

0
300
zerdab-sehid-herbi-qulluqcumuz.png

Zərdab rayonunun Gödəkqobu kəndindən olan Azərbaycan Ordusunun şəhid olan hərbçisi Taleh Əliyev dəfn olunub.
Zerdab.com saytı xəbər verir ki, mərhum Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə hərbçinin ailə üzvləri, rayon rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hərbi orkestr Dövlət Himnini səsləndirib. Hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı mərhumun atasına təqdim edilib.
Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.
Qeyd edək ki, hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olmuş hər 3 hərbi qulluqçumuza şəhid statusu veriləcək.

Zerdab.com

sehid-taleh-defn-olundu