Zərdab Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru kimdir? – Kollektivə təqdim edildi

0
5815
Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi tibb elmləri namizədi Emil Kamilova həvalə olunub.
Zerdab.com xəbər verir ki, TƏBİB-in Tibbi Təhsil və İnnovasiyalar Departamentinin rəhbəri Teymur Mirzəbəyli Emil Kamilovu kollektivə təqdim edib.
Emil Kamilov 2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, 2004-2006-cı illərdə Moskva NV Sklifosofski adına Elmi-Tədqiqat İnstitutunda Klinik ardinatura təhsili alib, 2006-cı ildə Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin Cərrahiyyə kafedrasında Kliniki Aspiranturaya daxil olub, 2010-cu ildə oranı bitirib tibb elmləri namizədi adı alıb. 2010-2012-ci illərdə Moskvada “Med Layn” klinikasında direktor vəzifəsində çalışıb. 2012-ci ildən 2020-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 9 Nömrəli (Xəzər rayonu), 36 nömrəli Ucar, Ağdaş, Zərdab 20 nömrəli Göyçay, Kürdəmir, Ağsu və 21 nömrəli Ucar, Ağdaş, Kürdəmir, Zərdab TSEK-lərin sədri vəzifəsində çalışıb. İndiki təyinatına qədər – 2022-2023-cü illərdə Zərdab Rayon Gigiyena-Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Emil Kamilov müxtəlif konfransların və simpoziumların iştirakçısı olub, 7 elmi məqalənin müəllifidir.
Zerdab.com