“Azərişıq” ASC Zerdab.com-un ictimailəşdirdiyi problemi qısa zamanda həll etdi – Foto

0
1716

Zərdabın Qoruqbağı kəndində hər an aşa biləcək işıq dirəyi ilə bağlı Zerdab.com saytının sosial şəbəkədəki səhifəsində bir neçə gün öncə paylaşım etmişdik. Bildirmişdik ki, aşma təhlükəsi olan elektrik dirəyi təhlükə mənbəyidir. Paylaşımdan qısa müddət sonra köhnə, aşma təhlükəsi olan elektrik dirəyi yenisi ilə əvəzləndi. Göstərilən operativliyə görə “Azərişıq” ASC-yə təşəkkürümüzü bildiririk.

Zerdab.com