Zərdab idmanının növbəti uğuru – Nizami Ağayev yenidən dünya çempionu oldu

0
1696
nizami-agayev-zerdab

Zərdab şəhər H. Aslanov adına 3 saylı tam orta məktəbin müəllimi Nizami Ağayev növbəti dəfə dünya çempionu olub.

Zerdab.com saytı xəbər verir ki, 1-5 dekabr 2023-cü ildə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən Alpaqut Turan Döyüş Sənəti üzrə lV Dünya çempionatında veteranlar arasında 75-80 kq çəki dərəcəsində 3 görüş keçirərək qızıl medal qazanıb.

Nizami Ağayev bu qalibiyyətlə 4-cü dəfə Dünya çempionu olub.

Qeyd edək ki, Nizami Ağayev Zərdab rayonu üzrə Alpaqut bölməsinin məşqçi-müəllimidir.

Nizami Ağayevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

Zerdab.com