Zərdabda baş verən ağır yol qəzası ilə bağlı təfərrüatlar – FOTOLAR

0
3421
zerdab-qeza

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.

Zerdab.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonunun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı yük maşını ilə “Toyota prius” markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, Ucar rayonunun Xalac kənd sakini, 1995-ci il təvəllüdlü Həsən İsa oğlu Cəfərov hadisə yerində ölüb. Yük maşınının sürücüsü, Zərdab rayonunun Çallı kənd sakini Sadiq Qiyas oğlu Qinyazlı isə xəsarət alıb.

Zerdab.com saytının DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbərinə görə, dekabrın 29-da saat 23 radələrində Zərdab-Ucar yolunun Zərdab rayonunun Çallı kəndi ərazisindən keçən hissəsində Sadiq Qinyazlının idarə etdiyi “QAZel” markalı nəqliyyat vasitəsi ilə Həsən İsa oğlu Cəfərovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerində vəfat edib.

“QAZel” markalı nəqliyyat vasitəsinin sürücüsü S.Qinyazlı, eləcə də həmin nəqliyyat vasitəsində olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Zerdab.com