Zərdaba prokuror təyin edildi

0
2151
zerdab-rayonu-zerdabcom.png

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, 4 rayona yeni prokuror təyin olunub.

Zerdab.com saytı xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyin olunublar.

Zerdab.com