Zərdabda “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda aksiya – Fotolar

0
4277

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Zərdab Rayon İcra Hakimiyyəti başçısının 35 nömrəli, 23 fevral 2024-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Zerdab.com saytı xəbər verir ki, toplantıda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai fəallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz töhfəsini verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – “COP 29”-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir.
Çıxış edən ictimai fəal Ramil Mehdiyev 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunmasının ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəyini bildirmişdir.
Toplantıdan sonra Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirilib, 150 ədəd limonlu şam ağacı əkilib.

Zerdab.com




Zerdab - tedbir-png