
Zərdabda şəhid Rəfael Cəfərovun adını daşıyan küçə asfaltlanır.
Görülən işlərə şəxsən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə nəzarət edərək öz tapşırıqlarını verir. Qeyd edək ki, Rəfael Cəfərov 1994-cü ildə Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub. 2023-cü ildə rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadənin sərəncamına əsasən, rayon küçələrinin birinə məhz qəhrəman şəhidimizin adı verilib. Şəhidin oğlu görülən işlərə görə Zerdab.com vasitəsilə Mərdan müəllimə öz təşəkkürünü bildirib: “Şəhidlər bizim qürur mənbəyimiz, başımızın tacıdır. Bunu biz heç vaxt unutmamalıyıq. Bu qəbildən Zərdab rayon icra hakimiyyətinin başcısı cənab Mərdan Camalzadənin gördüyü işlər bütün respublikaya nümünə olmalıdır. Çox sağ olun, cənab başcımız, atamın xatirəsini əbədiləşdirdiyiniz üçün. Çox sağ olun, cənab Prezident Ilham Aliyev, rayonumuza belə kadr təyin etdiyiniz üçün. Hörmətlə, şəhid Cəfərov Rafailin oğlu Cəfərov Rafail”. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.










