Zərdabın qocaman müəllimi Lazım Teymurov vəfat edib

0
8925

Uzun illər Zərdab rayon Pərvanlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Lazım Teymurov dünyasını dəyişib. Lazım müəllim həm bir müəllim, həm də kənd ağsaqqalı kimi insanların hörmətini qazanmışdı. Orta məktəbdə çalışdığı illərdə daim şagirdlərinin savadlı, tərbiyəli, şəxsiyyətli bir insan kimi yetişmələri üçün təcrübəli bir pedaqoq kimi üzərinə düşəni etmişdi. Həmişə insanların hayına yetişən, xoş gündə də, çətin gündə də sinəsini irəli verən insanlardan biri olmuşdur. Lazım müəllim həm də bir ailə başçısı kimi çox gözəl övladlar yetişdirmişdir. Onun övladlarının sorağı bu gün Rusiyanın müxtəlif bölgələrindən gəlir. Övladları da özü kimi el-obaya can yandıran insanlardılar. Lazım müəllimin vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, doğmalarına, yaxınlarına müəllim həmkarı, yaxın dostu İntiqam İsmayılov müəllimin adından başsağlığı verir, Allahdan rəhmət diləyirik. Ruhu şad, məkanı Cənnət olsun.

Zerdab.com