
Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini F. Rasulov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. F. Rasulov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.








