Zərdabda “Prius” aşdı, ölən və yaralanan var – Fotolar

0
347
zerdab-qeza
Zərdabda baş verən ağır qəzada, həmyerlimiz muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, Zərdabda ağır yol qəzası baş verib. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Zerdab.com xəbər verir ki, hadisədə ölənlər həmyerlimiz, gənc xanəndə, AZTV-də keçirilən muğam müsabiqəsindən yaxşı tanıdığımız Məftun Məmmədovun atası İntiqam Məmmədov, həmçinin onun 2 yaşlı oğlu Tunar Məmmədovdur. Qəza nəticəsində Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam isə xəsarət alıblar. Allahdan ölənlərə rəhmət, yaralananlara şəfa, həmçinin Məftun qardaşımıza səbir diləyirik. Qeyd edək ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota prius” markalı maşın idarəetmədən çıxaraq aşıb.
meftun-memmedov