Zərdabda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb

0
9327

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.

Zerdab.com saytı oxu.az-a istinadən xəbər verir ki, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.