Zərdabda 2 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb

0
59

Zərdab rayonunda azyaşlı uşaq dərmandan zəhərlənərək ölüb. 2010-cu ildə anadan olmuş Cəbrayılov Nihad Samir oğlu həkimin təzyiqə qarşı təyin etdiyi dərmanın 3-4 həbini birdən udub. Dərmandan zəhərlənən uşaq əvvəlcə Mingəçevirdəki xəstəxanaya yerləşdirilib, oradan isə Bakıya aparılıb. Nihad Cəbrayılov Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib. Məlumata görə, həkim uşağın təzyiqə qarşı olan dərmanın 1/4-ni qəbul etməsini məsləhət bilib. Uşaq valideynlərinin nəzarəti altında bir neçə gün dərmanı bu şəkildə qəbul edib və heç bir problem yaranmayıb. Lakin bir gün nəzarətsiz qalan uşaq 3-4 həbi eyni vaxtda udub, bu isə onun ölümü ilə nəticələnib. Zərdab Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı Payon Prokurorluğunda araşdırma aparılır.